Madaqaskarda törədilən yanğınlarda 30-dan çox adam həlak olub

Madaqaskarda törədilən yanğınlarda 30-dan çox adam həlak olub Madaqaskarda quldurlar tərəfindən törədilən yanğınlarda azı 32 nəfər həlak olub.
Digər ölkələr
31 İyul , 2022 19:35
Madaqaskarda törədilən yanğınlarda 30-dan çox adam həlak olub

Madaqaskarda quldurlar tərəfindən törədilən yanğınlarda azı 32 nəfər həlak olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ada dövlətinin milli müdafiə naziri bildirib.

"İyulun 29-da ölkənin paytaxtı Antananarivudan 75 km aralıda yerləşən Ankazobe bölgəsində quldurlar evləri yandırıblar. Ölənlər arasında qadınlar və uşaqlar da var", - nazir qeyd edib.

Onun sözlərinə görə, quldurlar əsasən fermerlərin mal-qarasını oğurlamaqla məşğul olan "Daxalo" cinayətkar qrupunun bir hissəsidir.

Müdafiə Nazirliyinin rəisi yanğının təşkilatçılarının tutularaq məsuliyyətə cəlb edilməsi üçün əraziyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi