Yuxarı

Madaqaskarda taun xəstəliyindən 40 nəfər ölüb

Xəstəliyin əsasən paytaxtda geniş yayılma təhlükəsi var

Bakı. 22 noyabr. REPORT.AZ/ Afrikanın şərqində yerləşən Madaqaskarda 40 nəfər taun xəstəliyindən ölüb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmi məlumat yayıb.

Təşkilatdan bildirilib ki, artıq 80 nəfər bu xəstəliyə yoluxub, onlardan yarısı ölüb. Xəstəliyin əsasən paytaxt Antananarivoda geniş yayılma təhlükəsinin olduğunu bəyan edən ÜST ölkənin səlahiyyətli şəxslərini xəstəliyin qarşısını almaq üçün virus daşıyan həşəratların öldürülməsi üçün müxtəlif dərmanlardan istifadə etməyi tövsiyə edib.

Xəstəliyə ilk dəfə avqust ayında paytaxtdan 200 kilometr uzaqlıqda yerləşən ərazidə ölən kişidə rast gəlinib. Rəsmilər deyir ki, əgər xəstəlik vaxtında aşkar olunarsa, bunu antibiotiklərlə müalicə etmək mümkündür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi