Madaqaskarda taun epidemiyasından 107 nəfər ölüb

Madaqaskarda taun epidemiyasından 107 nəfər ölüb Daha 1150 nəfərin bu xəstəliyə yoluxduğu ehtimal edilir
Digər ölkələr
22 Oktyabr , 2017 14:59
Madaqaskarda taun epidemiyasından 107 nəfər ölüb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Madaqaskarda taun epidemiyası 107 nəfəin həyatına son qoyub.

"Report" xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Qeyd edilir ki, daha 1150 nəfərin bu xəstəliyə yoluxduğu ehtimal edilir. Laboratoriya testlərinin məlumatına görə, 300 yoluxma hadisəsi rəsmən təsdiqlənib.

Madaqaskarla yanaşı, Afrikanın digər ölkələrində - Konqo Demokratik Respublikasında, Tanzaniyada da tauna yoluxmayla bağlı hadisələr praktik olaraq hər il qeyd edilir.

"Builki epidemiya daha çox təhlükəlidir", - deyə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin federasiyasından bildirilib. Bu, onunla bağlıdır ki, yoluxma hadisələri ekspertlərin proqnozlaşdırdığından daha erkən dövrdə qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi