Madaqaskarda baş vermiş yol qəzasında 34 nəfər ölüb

Madaqaskarda baş vermiş yol qəzasında 34 nəfər ölüb Xristian zəvvarlarla dolu avtobus paytaxt Antananarivdən 70 kilometr şimalda dərəyə düşərək yanıb
Digər ölkələr
1 Avqust , 2017 22:47
Madaqaskarda baş vermiş yol qəzasında 34 nəfər ölüb
Courtesy İmage

Bakı. 1 avqust. REPORT.AZ/ Madaqaskarda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 34 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "France Presse" xəbər verib.

Agentliyin məlumatına görə, xristian zəvvarlarla dolu avtobus paytaxt Antananarivdən 70 kilometr şimalda dərəyə düşərək yanıb. Hadisə yerində 12 yanmış cəsəd aşkar edilib. Hakimiyyət orqanları daha 22 nəfərin ölümünü təsdiqləyib.

Sərnişinlər Maxadjanqan limanının şimal-qərb sahilindəki kilsə yığıncağına gedirmiş.

Son xəbərlər

Orphus sistemi