​Macarıstanda iki sərnişin qatarı toqquşub, 20 nəfər xəsarət alıb

​Macarıstanda iki sərnişin qatarı toqquşub, 20 nəfər xəsarət alıb Qatarlardan heç biri relsdən çıxmayıb
Digər ölkələr
16 Avqust , 2015 17:11
​Macarıstanda iki sərnişin qatarı toqquşub, 20 nəfər xəsarət alıb

Bakı. 16 Avqust. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştin 50 km şimal-şərqində iki qatarın toqquşması nəticəsində təqribən 20 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İlkin məlumatlara görə, hər iki qatarın sürəti qəza anında 20 km/saat olub. Qatarlardan heç biri relsdən çıxmayıb. Xəsarət alanlar arasında qatarlardan birinin maşinisti də var. İki nəfərin zədəsi ciddidir.

Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi