Macarıstanda bugünkü seçkilərdə ilk dəfə qadın prezident seçilə bilər

Macarıstanda bugünkü seçkilərdə ilk dəfə qadın prezident seçilə bilər Bu gün Macarıstanda prezident seçkiləri keçiriləcək.
Digər ölkələr
10 Mart , 2022 03:28
Macarıstanda bugünkü seçkilərdə ilk dəfə qadın prezident seçilə bilər
Katalin Novak

Bu gün Macarıstanda prezident seçkiləri keçiriləcək.

“Report” xəbər verir ki, seçkilərin nəticəsində ölkə tarixində ilk dəfə qadın bu vəzifəni tuta bilər.

Yeni dövlət başçısının hakim FİDES - Macarıstan Vətəndaş Birliyi Partiyasının namizədi, yaxın vaxtlara qədər ailə məsələləri üzrə nazir vəzifəsini icra etmiş Katalin Novak olacağı gözlənilir.

Macarıstanın hazırkı Prezidenti, 62 yaşlı Yanoş Ader 2012-ci ildən bu vəzifədə ardıcıl iki dəfə beş illik dövrə - ölkə konstitusiyasının icazə verdiyi maksimum müddətdə çalışıb. Onun səlahiyyət müddəti mayın 10-da başa çatır.

Konstitusiyaya uyğun olaraq, Macarıstan prezidenti Milli Assambleya (birpalatalı parlament) tərəfindən gizli səsvermə yolu ilə seçilir. Namizəd kimi qeydiyyatdan keçmək üçün deputatların azı 20 faizinin dəstəyini toplamaq lazımdır. Birinci turda qalib gəlmək üçün səslərin üçdə ikisi tələb olunur və FİDES və Xristian Demokrat Xalq Partiyasının (XDXP) hakim koalisiyası bu qədər yerə sahibdir.

XDXP də 44 yaşlı Novakın namizədliyini dəstəkləyib. Buna görə də onun yeganə rəqibi - müxalifət partiyalarının namizədi, 79 yaşlı iqtisadiyyat professoru Piter Ron üzərində qələbəsi şübhə doğurmur. Əgər bu, baş verməsə, ertəsi gün seçkilərin ikinci turu təyin oluna bilər, lakin onun qalibi sadə səs çoxluğu ilə müəyyən olunduğu üçün proses sırf formallığa çevriləcək.

Son xəbərlər

Orphus sistemi