Macarıstan Ursula fon der Lyayenin yenidən təyinatını dəstəkləməyəcək

Macarıstan Ursula fon der Lyayenin yenidən təyinatını dəstəkləməyəcək Budapeşt Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının (AK) sədri vəzifəsinə yenidən təyin olunmasını dəstəkləməyəcək.
Digər ölkələr
18 İyun , 2024 19:54
Macarıstan Ursula fon der Lyayenin yenidən təyinatını dəstəkləməyəcək
Ursula fon der Lyayen

Budapeşt Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının (AK) sədri vəzifəsinə yenidən təyin olunmasını dəstəkləməyəcək.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Bokuya istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, Macarıstan hakimiyyəti Avropa İttifaqında yüksək vəzifələrə namizədlər siyahısında digər adların əleyhinə deyil. Boka əlavə edib ki, Macarıstanın baş naziri Viktor Orban ölkənin Avropa Parlamentində hansı fraksiyaya qoşulacağına hələ qərar verməyib.

Onun fikrincə, Aİ-də mövcud sağçı partiyaların “restrukturizasiyaya” ehtiyacı var ki, bunu Macarıstanın hakim partiyası “FİDES”in iştirakı olmadan təsəvvür etmək çətindir.

Son xəbərlər

Orphus sistemi