Macarıstan Ukrayna konsulunu ölkədən çıxarır

Macarıstan Ukrayna konsulunu ölkədən çıxarır Bakı. 4 oktyabr. REPORT.AZ/ Macarıstan hökuməti Ukrayna konsulunu ölkədən çıxarmaq niyyətindədir.
Digər ölkələr
4 Oktyabr , 2018 16:26
Macarıstan Ukrayna konsulunu ölkədən çıxarır
Reuters

Bakı. 4 oktyabr. REPORT.AZ/ Macarıstan hökuməti Ukrayna konsulunu ölkədən çıxarmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Budapeştdə keçirdiyi mətbuat konfransında xarici işlər naziri Peter Ciyarto məlumat verib.

P.Ciyarto Ukraynanın NATO-ya inteqrasiyasına qarşı sərt mövqe tutduqlarını təsdiq edib.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Bereqovo şəhərindəki Macarıstan konsulu Matias Siladi Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən arzuolunmaz şəxs elan edilmişdi. O, Ukrayna vətəndaşlarına Macarıstan pasportu verməkdə günahlandırılırdı.

Son xəbərlər

Orphus sistemi