Macarıstan səfiri İsveç XİN-ə çağırılıb

Macarıstan səfiri İsveç XİN-ə çağırılıb Bakı. 20 fevral. REPORT.AZ/ Macarıstanın İsveçdəki səfiri Adriyen Müller ölkənin baş nazirinin müavini Jolt Şemyenin bəyanatına görə Skandinaviya dövlətinin Xarici İşlər Nazirliyinə çağırılıb.
Digər ölkələr
20 Fevral , 2019 04:46
Macarıstan səfiri İsveç XİN-ə çağırılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Macarıstanın İsveçdəki səfiri Adriyen Müller ölkənin baş nazirinin müavini Jolt Şemyenin bəyanatına görə Skandinaviya dövlətinin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" "Sveriges Radio"ya istinadən xəbər verir ki, bu barədə İsveç XİN-in mətbuat xidməti məlumat yayıb.

"Görüş çərşənbə günü baş tutacaq", - deyə məlumatda bildirilir.

Əldə edilən məlumatlara görə, səfirin XİN-ə çağırılmasına səbəb Şemyenin İsveçin sosial sığorta naziri Annik Strandxelli "yazıq xəstə yaradılış" adlandırması olub.

O bu bəyanatı İsveç nazirinin macar hakimiyyətini ölkədə aparılan ailə siyasətinə görə tənqid etməsindən sonra səsləndirib.

Bildirilir ki, İsveç XİN-də Macarıstan baş naziri müavininin sözlərini "qeyri-məqbul" hesab ediblər.

Son xəbərlər

Orphus sistemi