Macarıstan parlamenti BCM-dən çıxmaqla bağlı qanun layihəsini təsdiqləyib
Digər ölkələr
- 29 aprel, 2025
- 15:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstanın birpalatalı parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması haqqında qanun layihəsini təsdiqləyib.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, qanunvericilik orqanının saytında yayımlanan səsvermə zamanı müvafiq sənədi deputatların üçdə ikisindən çoxu dəstəkləyib.
Sənədi parlamentdə təqdim edən Macarıstan XİN başçısı Peter Siyarto bildirib ki, son illərdə BCM güclü şəkildə siyasiləşdirilib və müxtəlif dövlətlər tərəfindən beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün istifadə olunmağa başlayıb.
"Macarıstan hesab edir ki, siyasət və geosiyasətin beynəlxalq təşkilatlarda yeri yoxdur", - nazir deyib.
Son xəbərlər
10:31
Aİ rəsmisi: "Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişir"
İKT
10:31
Rəşad Həsənov: Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr potensialı gücləndirilir
İKT
10:28
Ronaldu Portuqaliya Futbol Federasiyasından cəzasının yüngülləşdirilməsini istəyib
Futbol
10:28
Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək
İnfrastruktur
10:26
Toğrul Əliyev: "Rəqəmsallaşma idarəetmə və nəzarətdə yeni tələblər yaradır"
Maliyyə
10:22
Foto
Müşfiqabadda bağçada nöqsanlar aşkarlanıb
Sağlamlıq
10:22
Foto
ABB Beynəlxalq Risk Forumu keçirdi
Maliyyə
10:22
Kan Kimqu: Orta Dəhliz Cənubi Koreya ilə əməkdaşlıq üçün yeni imkanlar açır
Xarici siyasət
10:20
Kəpəz TV nizamnamə kapitalını 2 dəfə azaldır
Biznes