Macarıstan Avropa Komissiyasına qarşı iddia qaldıra bilər

Macarıstan Avropa Komissiyasına qarşı iddia qaldıra bilər Macarıstan hakimiyyəti birliyin xarici sərhədlərinin mühafizəsi ilə bağlı təxminən 2 milyard avroluq xərclərin ödənilməsi üçün Avropa Komissiyasına qarşı iddia qaldıra bilər.
Digər ölkələr
12 Sentyabr , 2024 15:29
Macarıstan Avropa Komissiyasına qarşı iddia qaldıra bilər

Macarıstan hakimiyyəti Avropa İttifaqının (Aİ) xarici sərhədlərinin mühafizəsi ilə bağlı təxminən 2 milyard avroluq xərclərin ödənilməsi üçün Avropa Komissiyasına qarşı iddia qaldıra bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin ofisinin rəhbəri Gerqey Quyyaş bildirib.

"Biz Avropa Komissiyasına qarşı iddia qaldırmağa hazırıq. Təşkilat digər Aİ-yə üzv ölkələrə Şengen sərhədinin mühafizəsini qismən və ya tam ödəyib. Macarıstan son illər ərzində Şengen sərhədinin mühafizəsinə 2 milyard avro xərcləyib, lakin Aİ-dən heç bir əhəmiyyətli yardım almayıb", - o bildirib.

G.Quyyaşın sözlərinə görə, Almaniyanın sentyabrın 9-da dövlət sərhədlərində əlavə nəzarət tətbiq etmək qərarı Aİ daxilində sərbəst yerdəyişməyə mane olur: "Əvvəlcə onlar Avropa İttifaqı ölkələrinə xarici sərhədləri səmərəli şəkildə qorumağa icazə verməyərək ziyan vurdular. İndi isə daxili sərhədlərdə məhdudiyyətlər tətbiq edərək birliyi dağıdırlar", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi