Macarıstan Avropa İttifaqı tərəfindən bloklanan 75 milyon avronu alıb

Digər ölkələr
  • 08 mart, 2024
  • 14:34
Macarıstan Avropa İttifaqı tərəfindən bloklanan 75 milyon avronu alıb

Macarıstan yaxın vaxtlara qədər Brüsseldə saxlanılan 30 milyard forinti (75 milyon avrodan çox - Qeyd) Avropa İttifaqından alıb.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın maliyyə naziri Mixay Varqa bildirib.

Onun sözlərinə görə, vəsait Aİ-nin Birlik Fondundan daxil olub: “Bu vəsait ətraf mühit və enerji səmərəliliyi üzrə əməliyyat proqramı çərçivəsində, yaşıl və rəqəmsal keçidinə yönəlmiş sərmayələr üçün istifadə olunacaq”.

Nazir aydınlaşdırıb ki, Macarıstanın 2021-2027-ci illər üçün Birlik Fondundan cəlb etdiyi vəsaitin ümumi həcmi artıq 1,22 milyard avro təşkil edir.

Beləliklə, Macarıstan toplanan vəsaitin həcminə görə Aİ üzvlərinin əksəriyyətini qabaqlayır. Aİ-nin Ətraf Mühit və Enerji Səmərəliliyi Proqramı da Regional İnkişaf Fondundan maliyyələşdirilir.

Dekabrın 13-də Avropa İttifaqı birlik fondundan Macarıstana 10,2 milyard avro köçürəcəyini açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti