Macarıstan 116 qanunsuz miqrantı ərazisinə buraxmayıb

Macarıstan 116 qanunsuz miqrantı ərazisinə buraxmayıb Onların əksəriyyəti Əfqanıstan və Pakistan vətəndaşlarıdır
Digər ölkələr
16 Avqust , 2017 21:25
Macarıstan 116 qanunsuz miqrantı ərazisinə buraxmayıb

Bakı. 16 avqust. REPORT.AZ/ Macarıstanın təhlükəsizlik qüvvələri 116 qeyri-qanuni miqrantı ölkə ərazisinə buraxmayıb

"Report" xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Qeyd olunur ki, onların əksəriyyəti Əfqanıstan və Pakistan vətəndaşlarıdır. Macarıstan iyulun 31-dən avqustun 13-dək ölkə əraizinə ümumilikdə 472 qaçqını buraxmaqdan imtina edib.

Qeyd edək ki, ölkə rəhbərliyi bundan əvvəl Serbiya və Xorvatiya ilə sərhəddəki ərazilərdə fövqəladə vəziyyət elan edərək tikanlı məftillər qurub, habelə qeyri-leqal qaçqınların ölkəyə gəlişi ilə bağlı cəzanı sərtləşdirib.

Son xəbərlər

Orphus sistemi