Luvr muzeyinin işçiləri koronavirus səbəbindən işə çıxmırlar

Luvr muzeyinin işçiləri koronavirus səbəbindən işə çıxmırlar Parisin Luvr muzeyi koronavirus səbəbindən qapılarını ziyarətçilərin üzünə açmayıb.
Digər ölkələr
1 Mart , 2020 22:06
Luvr muzeyinin işçiləri koronavirus səbəbindən işə çıxmırlar

Parisin Luvr muzeyi koronavirus səbəbindən qapılarını ziyarətçilərin üzünə açmayıb. 

“Report”un Fransa bürosu xəbər verir ki, muzeyin işçiləri koronavirusa yoluxmaq qorxusundan işə çıxmaqdan imtina ediblər. Rəhbərliyin səylərinə baxmayaraq, işçiləri dilə tutmaq mümkün olmayıb.

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində bir sıra kütləvi tədbirlər ləğv edilib, 5 mindən artıq insanın toplaşmasına qadağa qoyulub.

Xatırladaq ki, Fransa Avropada koronavirusun ən çox yayıldığı ikinci ölkədir. Burada ən azı 100 nəfərin koronavirusa yoluxması halı aşkarlanıb. Virusa yoluxanlardan 2-i ölüb.

Son xəbərlər

Orphus sistemi