Yuxarı
    Bağlamaq

    ​“LUKoyl” neft şirkətinin vitse-prezidentinin oğlu həbs edilib

    O, polisin qanuni tələbinə riayət etməməkdə təqsirli bilinir

    Bakı. 29 may. REPORT.AZ/ “LUKoyl” neft şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarov avtoxuliqanlıq etdiyinə görə, Moskvanın Qaqarin rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası ilə cəzalandırılıb.

    “Report” xəbər verir ki, o, polisin qanuni tələbinə riayət etməməkdə təqsirli bilinir. Onun barəsində başlanan cinayət işi isə prokuror tərəfindən rədd edilib.

    Xatırladaq ki, Ruslan Şamsuarov bir neçə gün bundan əvvəl sahibi olduğu avtomobillə yol hərəkət qaydalarını pozaraq polisin əmrlərinə tabe olmayıb.

    Ruslan Şamsuarovla yanaşı avtomobildəki digər sərnişin də 10 sutka həbs cəzası alıb. 

    Sürücü isə 15 sutka həbs cəzası ilə yanaşı, 2 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 200 saat icbari işlərə cəlb edilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi