Yuxarı

Lukaşenka nazirləri dəyişdi

Bu 2010-cu ildən bu yana Belarusda aparılan ən böyük kadr dəyişiklikləridir

Bakı. 27 dekabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenka prezident administarsiyasının rəhbəri Andrey Kabyakovu baş nazir vəzifəsinə təyin edib.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, 53 yaşlı Kabyakov Prezident Administariyasına gəlməzdən əvvəl Belarusun Rusiyadakı səfiri olub.O bu vəzifədə Aleksandr Kosineç əvəz edib.

Pavel Kallaura  isə Milli Bankın rəhbəri təyin edilib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, həmçinin Vladimir Zinovski iqtisadiyyat naziri, Sergey Nalivayko vergilər naziri, Vitaly Vovka sənaye naziri, Mixail Juravkov isətəhsil naziri təyin edilib.

Bundan başqa baş nazirin bir neçə müavini və “Minsk avtomobil zavodu” kimi iri müəssisələrin rəhbərləri dəyişib.

Aleksandr  Lukaşenka bu günlərdə keçirdiyi iqtisadi toplantıda hökumətin işini tənqid etmişdi.

Bu 2010-cu ildən bu yana Belarusda aparılan ən böyük kadr dəyişiklikləridir.

Şərhçilər hesab edir ki, Lukashenka 2015-ci ildə keçiriləcək prezident seçkisində yenidən mübarizə aparmaq fikrindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi