"Lufthansa" "omikron" ştamı ilə bağlı uçuşları qismən dayandırır

"Lufthansa" "omikron" ştamı ilə bağlı uçuşları qismən dayandırır Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa" koronavirusun "omikron" ştamının sürətlə yayılması səbəbindən qışdakı uçuşların təxminən 10%-ni ləğv edəcək.
Digər ölkələr
23 Dekabr , 2021 23:08
Lufthansa omikron ştamı ilə bağlı uçuşları qismən dayandırır

Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa" koronavirusun "omikron" ştamının sürətlə yayılması səbəbindən qışdakı uçuşların təxminən 10%-ni ləğv edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının baş direktoru Karsten Spur bildirib.

"Biz yanvarın ortalarından fevrala qədər olan dövrdə rezervasiyaların sayında kəskin azalma müşahidə edirik. Buna görə də qış uçuş cədvəlində 33 min reysi ləğv etməliyik", - Spur qeyd edib.

Baş direktor vurğulayıb ki, “Lufthansa” konserninin daxili bazarlarında, yəni hazırda pandemiyadan xüsusilə ağır zərbə alan Almaniya, İsveçrə, Avstriya və Belçikada da aşağı sərnişin axını müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi