Los-Ancelesdə karnaval iştirakçılarının üzərinə avtomobil sürülüb, yaralananlar var

Los-Ancelesdə karnaval iştirakçılarının üzərinə avtomobil sürülüb, yaralananlar var Noyabrın 12-də axşam ABŞ Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən küçə karnavalının iştirakçılarını avtomobilin vurması nəticəsində 6 nəfər xəsarət alıb
Digər ölkələr
13 Noyabr , 2022 11:49
Los-Ancelesdə karnaval iştirakçılarının üzərinə avtomobil sürülüb, yaralananlar var

Noyabrın 12-də axşam ABŞ Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən küçə karnavalının iştirakçılarını avtomobilin vurması nəticəsində 6 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə metropolun yanğınsöndürmə idarəsi məlumat yayıb.

“Los Angeles Times”ın məlumatına görə, karnavalda yüzlərlə insan iştirak edib və onlardan bəziləri olaydan sonra ərazidən qaçmağa məcbur olub. Polisin məlumatına görə, “Porsche Cayenne” markalı avtomobilin sürücüsü kortej iştirakçılarını vurub. O, polis onu saxlayana qədər hadisə yerindən qaçıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin avtomobilini tapmağa nail olublar.

Son xəbərlər

Orphus sistemi