Bakı. 27 noyabr. REPORT.AZ/ Los-Ancelesdə ötən yay Ferqyusonda (Missuri ştatı) silahsız 18 yaşlı afroamerikalı gənci öldürən polis Darren Uilsonu cinayət məsuliyyətinə cəlb etməmək haqqında andlıların qərarı ilə razılaşmayan 200-dən artıq etirazçı həbs olunub. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Los-Anceles şəhərinin polis departamentindən bildiriblər.
Qeyd edək ki, Los-Ancelesdə həbslərin aparılmasına baxmayaraq, aksiyalar artıq üçüncü gündür davam edir. Yüzlərlə insan küçələrə çıxıb. Etirazçılar D.Uilsonun, eləcə də ABŞ-da silahsız şəxsləri qətlə yetirən digər zabitlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edirlər.