Los-Ancelesdə avtobus qəzasında 25 nəfər xəsarət alıb

Los-Ancelesdə avtobus qəzasında 25 nəfər xəsarət alıb Bakı. 14 iyul. REPORT.AZ/ Los-Anceles şosesində (Kaliforniya ştatı) avtobusun aşması nəticəsində 25 sərnişin xəsarət alıb. Bu barədə şəhərin yanğından mühafizə idarəsi məlumat yayıb.
Digər ölkələr
14 İyul , 2018 21:44
Los-Ancelesdə avtobus qəzasında 25 nəfər xəsarət alıb

Bakı. 14 iyul. REPORT.AZ/ Los-Anceles şosesində (Kaliforniya ştatı) avtobusun aşması nəticəsində 25 sərnişin xəsarət alıb. Bu barədə şəhərin yanğından mühafizə idarəsi məlumat yayıb.

"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qurumun məlumatında avtobusda 32 nəfərin olduğu bildirilir.

Qəzanın fəsadlarının qarşısını almaq məqsədilə hadisə yerinə 84 yanğınsöndürən cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır. Hadisənin səbəbi barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi