Loran Fabius: ""Normand dördlüyü" tərəfləri razılaşmaya əməl etməyə çağırır"

Loran Fabius: ""Normand dördlüyü" tərəfləri razılaşmaya əməl etməyə çağırır" "Bu razılaşmaya atəşkəs rejiminə əməl olunması və ağır hərbi texnikanın təmas xəttindən geri çəkilməsi də daxildir"
Digər ölkələr
24 Fevral , 2015 19:02
Loran Fabius: Normand dördlüyü tərəfləri razılaşmaya əməl etməyə çağırır

Bakı. 24 fevral. REPORT.AZ/ ""Normand dördlüyü" ölkələrinin xarici işlər nazirləri Ukraynadakı münaqişə tərəflərini bir daha Minsk razılaşmasına əməl etməyə çağırıblar". "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın xarici işlər naziri Loran Fabius jurnalistlərə açıqlamasında bildirib.  

"Biz Fransa, Almaniya, Rusiya və Ukrayna XİN rəhbərləri tərəfləri Minsk razılaşmasına tamamilə əməl etməyə çağırırıq. Bu razılaşmaya həmçinin atəşkəs rejiminə əməl olunması və ağır hərbi texnikanın təmas xəttindən geri çəkilməsi daxildir", - L.Fabius deyib. 

Qeyd edək ki, Ukraynadakı böhranın nizamlanmasına dair "Normand dördlüyü" ölkələrinin XİN rəhbərlərinin Parisdə keçirilən görüşü üç saatdan çox davam edib. 

Son xəbərlər

Orphus sistemi