Bakı. 17 aprel. REPORT.AZ/ "Paris "Mistral" tipli gəmiləri əvvəlki kimi Moskvaya vermək niyyətində deyil".
"Report" xəbər verir ki, bunu Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Loran Fabius bildirib.
"Prezident Fransua Ollandın sonuncu bəyanatından sonra vəziyyət dəyişməyib. Vertolyot daşıyıcılarının təhvili ilə bağlı qərarın verilməsi prosesi dayandırılıb", - deyə XİN rəhbəri bildirib.