Londonda tələbələrlə polis arasında qarşıdurma olub

Londonda tələbələrlə polis arasında qarşıdurma olub Tələbələr təhsil haqlarının qaldırılmasına etiraz ediblər
Digər ölkələr
20 Noyabr , 2014 06:27
Londonda tələbələrlə polis arasında qarşıdurma olub

Bakı. 20 noyabr. REPORT.AZ/ Ali təhsil müəssisələrində təhsil haqlarının qaldırılmasına etiraz edən tələbələrin tətili zamanı qarşıduma baş verib.

"Report" xəbər verir ki, yüzlərlə etirazçı polislərin qurduğu maneəni aşaraq paytaxtın Parlament meydanını doldurublar.

Nümayişçilər polislə qarşıdurmaya giriblər, onlar qanun keşikçilərinə müxtəlif məişət tullantıları atıblar.

Nəticədə üç zabit xəsarət alıb, 11 etirazçı saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi