Yuxarı

​Londonda silahlı şəxs insanlara hücum edib: 1 ölü, 5 yaralı

Hücum edən şəxs saxlanılıb

Bakı. 4 avqust. REPORT.AZ/ Londonun Rassel-skver meydanında bıçaqla silahlanmış naməlum şəxsin insanlara hücum etməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə yerinə polis və "təcili yardım" briqadaları cəlb olunub.

Ərazidə ən azı 6 yaralı aşkar olunub. Bir qadın daha sonra xəstəxanada keçinib.

Hücum edən şəxs saxlanılıb. Onun saxlanılması zamanı polis elektroşokdan istifadə edib. Hadisə yeri dövrəyə alınıb. Polis terror aktı versiyasını istisna etmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi