Britaniyanın paytaxtı Londonda naməlum şəxs uçuş vaxtı təyyarədən yıxılıb.
“Report” xəbər verir ki, bu barədə “RİA Novost” məlumat yayıb.
Britaniya polisinin verdiyi xəbərə görə, o, uçuş zamanı şassi bölməsindən düşüb. Londonda keçirilmiş axtarışlardan sonra, onun meyiti Klepam ərazisində, şəxsi evin həyətində tapılıb.
Hazırda həkimlər və polislər ölənin şəxsiyyətini müəyyənləşdirirlər. Məlumata görə, onun meyiti tanınmaz hala düşüb.
Polis hesab edir ki, kişi biletsiz sərnişin olub.