Londonda naməlum şəxs bıçaqla iki polis zabitini yaralayıb

Londonda naməlum şəxs bıçaqla iki polis zabitini yaralayıb Naməlum şəxs onu saxlamaq istəyən asayiş keşikçilərinə bıçaqla hücum edib
Digər ölkələr
26 Avqust , 2017 01:02
Londonda naməlum şəxs bıçaqla iki polis zabitini yaralayıb

Bakı. 26 avqust. REPORT.AZ/ Londonda naməlum şəxsin hücumu nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Buxinqem sarayında, Mell küçəsində baş verib.

Belə ki, naməlum şəxs onu saxlamaq istəyən asayiş keşikçilərinə bıçaqla hücum edib. Bu zaman iki polis əməkdaşı xəsarət alıb.

Londonun polis xidmətinin "Twitter"də yaydığı məlumata görə, yaralananlar polis zabitləridir. Onların xəsarətinin yüngül olduğu bildirilir. Xəsarət alanlara yerindəcə tibbi yardım göstərilib.

Əraziyə polis maşınları cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi