Londonda II Elizabetin hakimiyyətinin yubileyi şərəfinə parad keçirilir

Londonda II Elizabetin hakimiyyətinin yubileyi şərəfinə parad keçirilir Bu gün Londonda Böyük Britaniya Kraliçası II Elizabetin taxtda olmasının 70 illiyi şərəfinə təntənəli parad keçirilir.
Digər ölkələr
2 İyun , 2022 16:23
Londonda II Elizabetin hakimiyyətinin yubileyi şərəfinə parad keçirilir

Bu gün Londonda Böyük Britaniya Kraliçası II Elizabetin taxtda olmasının 70 illiyi şərəfinə təntənəli parad keçirilir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə kral silahlı qüvvələrinin müxtəlif bölmələrindən 1500-dən çox hərbçisi və 400 musiqiçi iştirak edir.

Bayram tədbirlərinin kulminasiya nöqtəsi 10 min nəfərin iştirakı ilə iyunun 5-nə planlaşdırılan parad olacaq. Paradda məşhurların da olacağı gözlənilir. Yürüş Vestminster abbatlığının zənglərinin sədaları altında başlayacaq, yürüş iştirakçıları oradan Bukingem Sarayına doğru yola düşəcəklər.

Son xəbərlər

Orphus sistemi