Londonda Hellouini bayram edən şəxslərə hücum olub: 1 ölü, 2 yaralı

Londonda Hellouini bayram edən şəxslərə hücum olub: 1 ölü, 2 yaralı Naməlum şəxs küçədə gəzən insanlara bıçaqla hücum edib
Digər ölkələr
1 Noyabr , 2016 06:43
Londonda Hellouini bayram edən şəxslərə hücum olub: 1 ölü, 2 yaralı

Bakı. 1 noyabr. REPORT.AZ/ Londonun cənubunda yerləşən Kroydon rayonunda naməlum şəxsin bıçaqla insanlara hücum etməsi nəticəsində 1 nəfər blüb, 2 nəfər ağır yaralanıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Britaniyanın "The Guardian" qəzeti yazıb.

Hücum bazar ertəsi, London vaxtı ilə 20:00 radələrində Hellouinin bayram edilməsi zamanı insanların sıx olduğu küçələrdən birində qeydə alınıb.

Yaralıların təqribən 20 yaşında olduqları bildirilir. Onların səhhəti barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi