Londonda elektron siqaretin partlaması nəticəsində vağzal təxliyyə edilib

Londonda elektron siqaretin partlaması nəticəsində vağzal təxliyyə edilib Yuston vağzalında qatarların hərəkətində gecikmə gözlənilir
Digər ölkələr
30 Avqust , 2017 02:33
Londonda elektron siqaretin partlaması nəticəsində vağzal təxliyyə edilib
Foto: Global Look Press/Stephen Chung

Bakı. 30 avqust. REPORT.AZ/ Londonun Yuston dəmiryol vağzalında elektron siqaretin partlaması nəticəsində insanların təxliyyə edilməsindən sonra qatarların hərəkətində ləngimələr gözlənilir.

"Report" xəbər verir ki, bu barədə nəqliyyat polisi məlumat yayıb.

Təxliyyədən əvvəl vağzalda kiçik elektrik cihazı partlayıb. Müəyyən edilib ki, partlayan elektron siqaret olub. Partlayış nəticəsində xəsarət alan yoxdur.

"Stansiya yenidən açıqdır, amma bu axşam bəzi xidmətlərdə böyük ləngimələr gözlənilir", - deyə vağzalın "Twitter"ə yerləşdirilən məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi