Londonda baş vermiş terror aktının təfərrüatları məlum olub

Londonda baş vermiş terror aktının təfərrüatları məlum olub Bazar günü Londonun cənubunda terror aktı törətmiş cinayətkarın üzərindəki “şəhid kəməri” saxta olub.
Digər ölkələr
3 Fevral , 2020 00:29
Londonda baş vermiş terror aktının təfərrüatları məlum olub

Bazar günü Londonun cənubunda terror aktı törətmiş cinayətkarın üzərindəki “şəhid kəməri” saxta olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin yaydığı bəyanatda deyilir.

"Şübhəli şəxsin bədəninə sarınmış qurğu aşkar edilib, hadisə yerinə mütəxəssislər çağırılıb. Tezliklə müəyyən edilib ki, bu, saxta imiş", - Skotlend-Yardın rəsmi məlumatında deyilir.

"Hadisə tezliklə terrorizmlə əlaqəli tanınıb və biz güman edirik ki, o islamçılıqla bağlıdır", - xəbərdə qeyd edilir.

Qeyd edək ki, Londonun Stret rayonunda terrorçu bıçaqla yoldan keçənlərə hücum edib. Nəticədə iki nəfər xəsarət alıb. Polis cinayətkara atəş açıb.

Hadisə zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Digər yaralı qadın isə yüngül xəsarət alıb. Terror aktı zamanı daha bir nəfər polisin açdığı atəşlərdən sonra uçmuş şüşənin qəlpələrindən yaralanıb.

Son xəbərlər

Orphus sistemi