Londonda avtomobilini məscidə gələnlərin üzərinə sürən şəxs terrorizmdə təqsirləndirilib

Londonda avtomobilini məscidə gələnlərin üzərinə sürən şəxs terrorizmdə təqsirləndirilib Darren Osborn bu gün Vestminster Məhkəməsinə veriləcək
Digər ölkələr
23 İyun , 2017 18:00
Londonda avtomobilini məscidə gələnlərin üzərinə sürən şəxs terrorizmdə təqsirləndirilib

Bakı. 23 iyun. REPORT.AZ/ Avtomobili məscidə ibadətə gələnlərin üzərinə sürmək işi ilə əlaqədar saxlanılan 47 yaşlı Darren Osborna qarşı rəsmi şəkildə terror məqsədilə adam öldürmək və öldürməyə cəhd göstərməkdə ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, bu barədə London polisindən bildiriblər.

"Osborn günün ikinci yarısında Vestminster Cinayət Məhkəməsinə veriləcək", - polisdən vurğulayıblar.

Xatırladaq ki, Londonun şimalında avtomobilin məscid yaxınlığında ibadətdən çıxanların üzərinə sürülməsiylə bağlı insident iyunun 19-da baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi