Yuxarı
    Bağlamaq

    London Liviyada hərbi əməliyyatların planlaşdırılmasına dair məlumatları şərh etmir

    ABŞ ilə müttəfiqlərinin Suriya və İraqdan sonra Liviyada İŞİD-ə qarşı hərbi əməliyyatlar planlaşdırdığı bildirilir

    Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın İŞİD terrorçularına qarşı Liviyada "üçüncü cəbhə" açacağına dair məlumatlara rəsmi London münasibət bildirməyib.

    "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəsmiləri jurnalistlərə bildiriblər ki, bu kimi mövzularda şərh vermirlər: "Bəlkə Vaşinqtonda mövzuya dair şərh əldə edərsiniz. Ancaq biz münasibət bildirmirik".

    Qeyd edək ki, "New York Times" qəzeti ABŞ ilə müttəfiqlərinin Suriya və İraqdan sonra Liviyada da İŞİD-ə qarşı hərbi əməliyyatlar planlaşdırdığına dair xəbər dərc edib. Xəbərə əsasən, Liviyada hərbi əməliyyatlar yaxın bir neçə həftə ərzində başlaya bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi