London aeroportunda terrorçuluqda şübhəli bilinən 2 nəfər saxlanılıb

London aeroportunda terrorçuluqda şübhəli bilinən 2 nəfər saxlanılıb Bununla bağlı Uest-Midlens qraflığının polisi məlumat yayıb
Digər ölkələr
1 İyul , 2017 20:35
London aeroportunda terrorçuluqda şübhəli bilinən 2 nəfər saxlanılıb
Itv.com

Bakı. 1 iyul. REPORT.AZ/ İngiltərə polisi Londonun Hidrou aeroportunda terrorçuluqda şübhəli bilinən 2 nəfəri saxlayıb.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bununla bağlı Uest-Midlens qraflığının polisi məlumat yayıb. 

Xəbərdə bildirilir ki, onlar bu gün səhər Türkiyədən gələn təyyarə reysində saxlanılıblar. Şübhəlilər hazırda polis bölməsində sorğu-sual edilirlər.

Qeyd edilir ki, saxlanılanlar ictimai təhlükə törətməyiblər.

Bundan əvvəl isə London aeroportunda Mançester terrorrunda şübhəli bilinənlərin saxlanıldığı xəbər verilib. 

Son xəbərlər

Orphus sistemi