Liviyanın şərqində neft terminalları bağlanır

Liviyanın şərqində neft terminalları bağlanır Liviyanın şərqindəki neft terminalları bağlanır.
Digər ölkələr
18 Yanvar , 2020 11:06
Liviyanın şərqində neft terminalları bağlanır

Liviyanın şərqindəki neft terminalları bağlanır.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, terminalların bağlanmasına görə Liviyanın neft ixracı hazırkı 1,3 milyon barel/gün göstəricisindən yarıbayarı azala bilər.

Obyektlər Liviya Milli Ordusunun komandiri olan feldmarşal Xəlifə Haftaru tərəfindən idarə olunan ərazilərdə bağlanıb. Mənbələrin məlumatına görə, yerli qəbilələrin nümayəndələri Milli Saziş Hökumətinin hərəkətlərinə etiraz olaraq limanların bağlanmasını istəyiblər.

Liviya Milli Neft Korporasiyası artıq neft terminallarının bağlanacağı təqdirdə, xammal hasilatının dayandırılacağını və bunun ölkə büdcəsi üçün əhəmiyyətli itkilərə səbəb olacağını açıqlayıb.

“Neft və qaz sektoru Liviya iqtisadiyyatı üçün həyatdır, eləcə də Liviya xalqının yeganə qazanc mənbəyidir. Bundan əlavə, neft obyektləri Liviya xalqının mülkləridir və onlar siyasi danışıqlar üçün sənəd kimi xidmət etməməlidir”, - korporasiyadan bildiriblər.

Hazırda yalnız “Zuveytin” liman açıqdır.

Son xəbərlər

Orphus sistemi