​Liviyanın fəaliyyətdə olan yeganə aeroportuna havadan zərbə endirilib

​Liviyanın fəaliyyətdə olan yeganə aeroportuna havadan zərbə endirilib Hücum nəticəsində dəyən ziyanın məbləği məlum deyil
Digər ölkələr
24 Noyabr , 2014 23:52
​Liviyanın fəaliyyətdə olan yeganə aeroportuna havadan zərbə endirilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Ən azı bir reaktiv təyyarə Liviyanın paytaxtı Tripolidə yerləşən Mitiqa hava limanına zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə yerli telekanal məlumat yayıb.

Ölkənin yeganə fəaliyyətdə olan beynəlxalq hava limanına hücum nəticəsində dəyən ziyanın məbləği məlum deyil.

Xatırladaq ki, hazırda Liviya müxtəlif siyasi fraksiyalar arasında mübarizə meydanına çevrilib və ölkədə xaos hökm sürür: iki hökumət və iki parlament fəaliyyət göstərir.

Liviyanın dünya ictimaiyyəti tərəfindən tanınan hökuməti Tripolini tərk edərək Tobruk şəhərinə yerləşmək məcburiyyətində qalıb. Məhz bundan sonra islamçılar paytaxtda "paralel" nazirlər kabineti və parlament formalaşdırıblar.

Liviyanın üç böyük şəhəri - paytaxt Tripoli, Benqazi və Misrat əsasən hərbiləşdirilmiş birləşmələrin nəzarəti altındadır.

Benqazi hazırda "Ənsar əş-Şəriə" terror qruplaşmasının əlindədir.

Son xəbərlər

Orphus sistemi