Yuxarı

Liviyanın Benqazi şəhərində İD üzvləri 4 uşağı qətlə yetirib

2011-ci ildən Liviya faktiki olaraq iki hissəyə bölünüb

Bakı. 14 May. REPORT.AZ/ Terrorçu "İslam dövləti" qruplaşmasına mənsup sulahlı dəstələr Liviyanın Bengazi şəhərinin yaşayış rayonlarını minaatanlardan atəşə tutub. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində ən azı 4 uşaq ölüb.

Bölgədə Liviya ordusu ilə İD yaraqlıları arasında döyüşlərin davam etdiyi bildirilir.

Qeyd edək ki, 2011-ci ildən Liviya faktiki olaraq iki hissəyə bölünüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi