Yuxarı

Liviyada Yunanıstan neft tankerinə hücum olub, ölən və yaralananlar var

Ölənlərdən biri Yunanıstan, digəri Rumıniya vətəndaşıdır

Bakı. 5 yanvar. REPORT.AZ/ Liviyada Yunanıstana məxsus neft tankeri hava hücumuna məruz qalıb. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə gəminin 26 nəfərlik ekipaj üzvündən ikisi ölüb, ikisi isə yaralanıb. Liviyanın Darna limanında lövbər salmış "Araevo" adlı neft tankerinın bir qırıcı təyyarənin hücumuna məruz qaldığı qeyd olunub.

Yunanıstan Xarici İşlər Nazirliyi hadisəni qətiyyətlə pisləyib. Bəyanatda hücumda biri Yunanıstan, digəri Rumıniya vətəndaşı olmaqla 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı qeyd edilib. Ölən Yunanıstan vətəndaşının cənazəsinin ölkəyə gətirilməsi üçün müəyyən addımlar atıldığı vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi