Yuxarı

​Liviyada silah anbarında partlayış nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB

Daha 30 nəfər yaralanıb

Bakı. 21 iyun. REPORT.AZ/ Liviyada silah anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb, onlarla yaralanan var.

"Report" xəbər verir ki, bu barədə təhlükəsizlik xidməti nümayəndələri və tibbi mənbələrə istinadən "Frans Press" məlumat yayıb.

"Partlayış nəticəsində ən azı 29 nəfər ölüb, onlarla insan yaralanıb", — deyə tibb sahəsindəki mənbə bildirib.

***21:40

Liviyanın qərbində yerləşən Qarabili şəhərində döyüş sursatları satılan mağazada partlayışın baş verməsi nəticəsində ən azı 20 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanının nümayəndəsi Məhəmməd Assayed məlumat verib.

"Ölən və yaralananların sayı artır və biz onları ciddi cəhdlə yaxınlıqdakı xəstəxanalara göndərməyə çalışırıq", — deyə o bildirib.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi