Liviyada prezident seçkilərində 98 namizəd mübarizə aparacaq

Liviyada prezident seçkilərində 98 namizəd mübarizə aparacaq Liviyada dekabrda keçiriləcək prezident seçkilərində 98 namizəd mübarizə aparacaq.
Digər ölkələr
24 Noyabr , 2021 02:23
Liviyada prezident seçkilərində 98 namizəd mübarizə aparacaq

Liviyada dekabrda keçiriləcək prezident seçkilərində 98 namizəd mübarizə aparacaq.

"Report" xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Şimali Afrika ölkəsinin Ali Seçki Komissiyasının üzvü Əbdülkərim Bilhair məlumat verib.

Onun sözlərinə görə, prezident seçkilərində iştirak üçün ərizələrin qəbulu noyabrın 22-də başa çatıb.

Namizədlər arasında Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe, devrilmiş lider Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi və ölkənin şərqindəki qanunsuz silahlı qrupların lideri Xəlifə Haftar var.

Bundan əvvəl Qəddafi və Haftar üçün namizədlərin irəli sürülməsi Tripolidə etirazlara səbəb olmuşdu.

Liviyada ilk prezident seçkiləri dekabrın 24-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi