Yuxarı
    Bağlamaq

    ​Liviyada otelə silahlı basqında ölənlərin sayı 4-ə çatıb, 11 nəfər yaralanıb

    Təhlükəsizlik qüvvələrinin əməkdaşları silahlılardan birini tutub

    Bakı. 27 yanvar. REPORT.AZ/ Liviyanın paytaxtı Tripolidə "Corinthia" adlı mehmanxanada baş verən basqın nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

    "Report" "aljazeera"ya istinadən xəbər verir ki, bu haqda Liviya Səhiyyə Nazirliyi bildirib.

    Tripolidəki təhlükəsizlik qüvvələrinin məlumatına görə, bu basqını İŞİD-in Liviya qolu törədib.

    Xəbərdə bildirilib ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları silahlılardan birini tutub. Otel olan əraziyə çoxlu sayda "Təcili yardım" maşınları cəlb edilib.

    Xatırladaq ki, mehmanxananın önündə minalanmış avtomobil partladıldıqdan sonra silahlılar ora hücum edib.

    Məlumata görə, oteldə Türkiyə, İtaliya və İngiltərədən olan turistlər qalır. Ancaq hadisə zamanı mehmanxananın böyük hissəsi boş olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi