Liviyada İŞİD rəhbərlərindən biri saxlanılıb

Liviyada İŞİD rəhbərlərindən biri saxlanılıb İŞİD terror təşkilatının rəhbərlərindən biri Mübarık al-Harmi Liviyada saxlanılıb.
Digər ölkələr
8 Sentyabr , 2021 04:52
Liviyada İŞİD rəhbərlərindən biri saxlanılıb

İŞİD terror təşkilatının rəhbərlərindən biri Mübarək al-Harmi Liviyada saxlanılıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Liviya hökuməti yanında Birgə Əməliyyatlar Mərkəzi - Terrorizmlə Mübarizə üzrə Bölmənin sosial şəbəkələrdəki səhifəsində deyilir.

Harmi Liviyanın qərbindəki Beni Valid şəhərində keçirilən xüsusi əməliyyat zamanı təşkilatın iki üzvü ilə birlikdə yaxalanıb.

Saxlanılan şəxs terror təşkilatının Şimali Afrikadakı şəbəkəsində əhəmiyyətli fiqur hesab edilir. Onun tutulması üzrə əməliyyat Liviya Baş Prokurorluğu ilə əlaqəli keçirilib.

Liviyanın baş naziri Əbdülhəmid Dibeyba sosial şəbəkələrdəki paylaşımında Harminin yaxalanmasını böyük müvəffəqiyyət adlandırıb.

"İŞİD başçılarından biri Mübarək al-Harminin tutulması bizim cəsur təhlükəsizlik qüvvələrimizin və Birgə Əməliyyatlar Mərkəzinin böyük müvəffəqiyyətidir. Terrorizmlə mübarizə ölkəmizin bütün guşələrində davam etdiriləcək", - Dibeyba yazıb.

Son xəbərlər

Orphus sistemi