Yuxarı

Liviyada İŞİD-lə döyüşlərdə 34 əsgər ölüb, 180 nəfər yaralanıb

Ordu terrorçularla döyüşlərdə müəyyən çətinliklərlə üzləşib

Bakı. 29 avqust. REPORT.AZ/ Sirt şəhərində Liviya ordusu ilə İŞİD terror qruplaşmasının üzvləri arasında gedən döyüşlər zamanı ən azı 34 əsgər ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 180-dən çox insan yaralanıb.

Agentliyin mənbəsinin məlumatına görə, Liviyanın, əsasən Misrat şəhərindən olan briqadası Sirtdə qələbəyə yaxındır, lakin onlar terrorçularla döyüşlərdə müəyyən çətinliklərlə üzləşiblər.

Hərbçilər qeyd edirlər ki, terrorçular ən azı 5 avtomobili partlatmağa cəhd göstəriblər, həmçinin onlar tərəfindən döyüşə kamikadzelər göndərilib.

Liviya hərbçiləri avqustun 28-də Sirt şəhərində İŞİD-in mövqelərinə irimiqyaslı hücumlara başlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi