Liviya paytaxtı Tripoli və cənub həndəvərində ötən həftə başlamış döyüşlər səbəbindən azı 18,2 min sakin doğma yurd-yuvalarını tərk etməli olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının açıqlamasında bildirilir.
“Aprelin 5-də Tripolinin cənubunda başlayan silahlı münaqişə ucbatından azı 3 min 650 ailə (təqribən 18 min 250 nəfər) öz evlərindən köçürülüb”, – deyə sənəddə bildirilir.
Hərbi əməliyyatlar üzündən artıq elektrik, su, qaz təchizatında fasilələrin yarandığı qeyd edildiyi təşkilatdan Tripoli miqrantlar mərkəzində hələ də qalan 3600 qaçqının da aqibətindən narahatlıq bildiriblər.