Liviyada hərbi dəniz məktəbində partlayış olub, ölənlər var

Liviyada hərbi dəniz məktəbində partlayış olub, ölənlər var Çərşənbə axşamı Tripolinin qərb hissəsində yerləşən Canzur şəhərindəki hərbi-dəniz məktəbində partlayış olub.
Digər ölkələr
20 Yanvar , 2021 03:06
Liviyada hərbi dəniz məktəbində partlayış olub, ölənlər var

Çərşənbə axşamı Tripolinin qərb hissəsində yerləşən Canzur şəhərindəki hərbi dəniz məktəbində partlayış olub.

Bu barədə “Report” “Al Arabiya” telekanalına istinadən xəbər verir.

Məlumata görə, Faiz Sarrajın Milli Barışıq Hökumətinin tabeliyində olan kollecin şəxsi heyəti arasında həlak olanlar var.

Partlayışdan sonra hərbi dəniz məktəbində yanğın başlayıb. Səhiyyə Nazirliyi bildirib ki, hadisə zamanı azı 5 nəfər həlak olub. Ölənlər arasında briqada generalı Əhməd Əyyub, həmçinin onun müavini Salem əbu Salah da var.

Hadisə zamanı daha 5 nəfər xəsarət alıb.

Qeyd edilir ki, partlayış silah-sursat anbarında baş verib.

Son xəbərlər

Orphus sistemi