Liviyada həbsxanadan 400-ə yaxın məhbus qaçıb

Liviyada həbsxanadan 400-ə yaxın məhbus qaçıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Liviyanın paytaxtı Tripoli şəhərindəki həbsxanadan 400-a yaxın məhbus qaçıb.
Digər ölkələr
3 Sentyabr , 2018 03:18
Liviyada həbsxanadan 400-ə yaxın məhbus qaçıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Liviyanın paytaxtı Tripoli şəhərindəki həbsxanadan 400-a yaxın məhbus qaçıb.

"Report"un məlumatına görə, bu barədə "Əl-Vasat" Tripolinin məhkəmə polisinə istinadən xəbər verib.

Bildirilir ki, yaxınlıqda atışma səslərini eşidən məhbuslar həbsxanada qarışıqlıq yaradaraq qapıları söküblər. Hazırda qaçan məhbusların dəqiq sayı müəyyənləşdirilir.

Daha əvvəl Tripolidə silahlılarla toqquşmalarla əlaqədar fövqəladə vəziyyət elan edilib. Toqquşmalar avqustun sonlarında başlayıb.

Son xəbərlər

Orphus sistemi