Liviyada aviabazaya hücum zamanı 141 nəfər həlak olub

Liviyada aviabazaya hücum zamanı 141 nəfər həlak olub Həlak olanlar arasında aviabazada işləyən və yaxınlıqda yaşayan dinc sakinlər də var
Digər ölkələr
20 May , 2017 02:00
Liviyada aviabazaya hücum zamanı 141 nəfər həlak olub
FOTO: Mikle1.livejournal.com

Bakı. 20 may. REPORT.AZ/ Liviyanın cənubunda aviabazaya hücum zamanı 141 nəfər həlak olub

"Report"un məlumatına görə, bu barədə "France Presse" Halif Haftarın komandanlıq etdiyi Liviyanın Milli Ordusunun nümayəndəsi Əhməd Əl-Məsmariyə istinadən xəbər verib.

"Əsgərlər hərbi paraddan qayıdırdılar. Onlar silahsız idilər. Əsgərlərin əksəriyyəti həlak oldu", – deyə Əl-Məsmari bildirib.

Onun sözlərinə görə, həlak olanlar arasında aviabazada işləyən və ya onun yaxınlığında yaşayan dinc sakinlər də var. Hücumun hansı hərbi qruplaşma tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi