Liviya sahillərində türk gəmisi batıb

Liviya sahillərində türk gəmisi batıb Qəza zamanı 7 nəfər itkin düşüb
Digər ölkələr
16 Mart , 2017 21:19
Liviya sahillərində türk gəmisi batıb
Courtesy İmage

Bakı. 16 mart. REPORT.AZ/ Türkiyənin yük gəmisi Liviya sahillərində batıb.

"Report"un məlumatına görə, bu barədə "Frans Presse" agentliyi Liviyanın dəniz donanması nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, qəza zamanı 7 nəfər itkin düşüb. "Ekipaj üzvlərinin sayı 13 nəfərdir. Onların hamısı Türkiyə vətəndaşlarıdır. Gəmi heyətindən 6 nəfər xilas edilib. Daha 7 nəfər itkin düşüb" – deyə general Əyub Qassem bildirib.

Onun sözlərinə görə, gəminin ekipajı Mistrat port şəhərindən 2,5 dəniz mili məsafədə yardıma ehtiyac olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi