Liviya sahillərində onlarla miqrant gəmi qəzasında ölüb

Digər ölkələr
  • 17 dekabr, 2023
  • 05:52
Liviya sahillərində onlarla miqrant gəmi qəzasında ölüb

Liviya sahillərində gəminin batması nəticəsində azı 61 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Liviya bölməsi X sosial şəbəkəsində məlumat yayıb.

Təşkilat qadın və uşaqların qəzadan sağ çıxmadığını bildirib. Hadisənin səbəbləri açıqlanmayıb.

Qayıq 86 sərnişinlə Liviyadan yola düşürü, lakin onların hara getdiyini açıqlamayıblar.

AFP-nin məlumatına görə, batmış qayıqda olan sərnişinlərin əksəriyyəti Nigeriya, Qambiya və digər Afrika ölkələrinin vətəndaşları olub. BMqT rəsmiləri sağ qalanlara tibbi yardım göstərdiklərini qeyd ediblər.

44 - Tezliklə