Yuxarı

​Liviya sahillərində miqrantları daşıyan gəmi batıb

373 nəfər və 25 meyit sudan çıxarılıb

Bakı. 07 Avqust. REPORT.AZ/ Liviya sahillərində göyərtəsində 600 qeyri-leqal miqrantın olduğu balıqçı gəmisi batıb.

"Report" xəbər verir ki, indiyə qədər xilasedicilər 373 nəfəri və 25 meyiti sudan çıxarmağa müvəffəq olublar.

Onlarla insan itkin düşmüş hesab olunur. Onların çox güman ki, batdığı ehtimal edilir.

"The Wall Street Journal" nəşri Beynəlxalq Miqrasiya Təşkilatına istinadən xəbər verir ki, xilas edilmiş gəmi sərnişinləri İtaliyanın Palermo şəhərinə aparılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi