Liviya sahillərində miqrant qayığı batıb: 8 nəfər ölüb, 100 nəfər itkin düşüb

Liviya sahillərində miqrant qayığı batıb: 8 nəfər ölüb, 100 nəfər itkin düşüb Həlak olanların cəsədləri qayığın içində tapılıb
Digər ölkələr
11 İyun , 2017 04:04
Liviya sahillərində miqrant qayığı batıb: 8 nəfər ölüb, 100 nəfər itkin düşüb
Courtesy İmage

Bakı. 11 iyun. REPORT.AZ/ Liviya sahillərində miqrantlarla dolu qayığın qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.

"Report"un məlumatına görə, bu barədə "Agency France Presse" xəbər verib.

Liviya paytaxtı yaxınlığındakı Qarabulli şəhərinin sahil mühafizəsinin rəisi, polkovnik Fəthi Əl-Rayani bildirib ki, qayıqda 8 nəfərin cəsədi tapılıb. Onun sözlərinə görə, azı 100 miqrant itkin düşüb.

Agentliyin xəbərinə görə, Liviyanın sahil mühafizəsi xidməti qayığı Qarabulli sahilləri yaxınlığında aşkarlayıb, həlak olanların cəsədləri onun içində imiş.

Son xəbərlər

Orphus sistemi